SOSİUM

26 İyun

Umayra Tağıyeva: "Yaxın iki gündə isti hava şəraiti davam edəcək"

“Gözlənildiyi kimi, ölkə ərazisinə cənub, cənub-şərqdən qızmar hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti anomal isti keçir. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək yüksəlib”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, respublikanın Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcə isti qeydə alınıb: “Yaxın 2 gün ərzində isti hava şəraiti davam edəcək, yüksək temperatur müşahidə olunacaq. Buna görə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki, daha çox kölgəlik yerlərdə olsunlar”.