SOSİUM

18 İyun

Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq

Həzm sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.Ağız boşluğu, ağız suyu vəziləri və çənə; qida borusu, mədə və onikibarmaq bağırsaq; qeyri-infeksion enterit və kolit; bağırsağın digər xəstəlikləri; qaraciyər; öd kisəsi, öd yolları və mədəaltı vəz xəstəlikləri zamanı insan orqanizminin aşağıda qeyd olunan funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

- Nitq (artikulyasiya) çatışmazlıqları ilə səciyyələnən, maye halda və ya əzilmiş qida qəbulu zərurətini yaradan çənə kontrakturası - 40%

- Çeynəmə və artikulyasiya funksiyasının əhəmiyyətli dərəcədə pozulması halında alt çənənin bir hissəsinin itirilməsi - 40%

- Üst çənənin bir hissəsinin itirilməsi, üz quruluşunu eybəcərləşdirən çatışmazlıqlar, burunun strukturunun və üst çənə boşluqlarının əhəmiyyətli dərəcədə (zədələnməsi və ya deformasiyası) pozulması ilə - 40%

- Damağın əhəmiyyətli çatışmazlığı, çatışmazlıq protezi ilə - 35%

- Qida qəbulu və nitq çatışmazlığına səbəb olan və protezlə bərpası mümkün olmayan damağın itirilməsi (və ya anadangəlmə olmaması) halı - 40%

- Həzm funksiyasının mülayim pozulması ilə - qida qəbulunun pozulması (qida həcminin məhdudlaşması, qida qəbulu vaxtının uzanması), II dərəcə qidalanma çatışmazlığı zamanı (BKİ 16,0-17,5) - 40-60%

- Həzm funksiyasının təzahür edən pozulması ilə - qida qəbulunun pozulması, III dərəcə (BKİ 16,0-dan az) qidalanma çatışmazlığı zamanı (zülal-enerji çatışmazlığı) - 61-80%

- Həzm funksiyasının qabarıq pozulması – ağır təzahür, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qabarıq dərəcəli anemiya, III dərəcə (BKİ 16,0-dan az qidalanma çatışmazlığı ilə (zülal-enerji çatışmazlığı) - 61-80%

- Həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu - xəstəliklərin ağır formaları - davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməməzliyi tutmalarının baş verməsi -61-80%

- Dekompensasiya olunan qaraciyər sirrozu - assit, qabarıq portal hipertenziya və qaraciyər ensefalopatiyası - 81-100%

- Qaraciyər köçürülməsindən 2 il sonrakı vəziyyət, immunitetin zəiflədilməsi zərurəti ilə- 70-80 %.