Qapalı məkanlarda maskadan istifadə edilməməsi əhalinin hansı hissəsinin peyvəndlənməsindən asılı olacaq.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, İsrail bu cür yumşaldılmalara əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə bir vaxtda başladı:
“Biz isə hələlik o həddə çatmamışıq. Yəqin ki, yaxın bir neçə ay ərzində həmin həddə çatacağıq və belə olan halda təbii ki, o cür qərarları qəbul edə bilərik. Bunun üçün isə vaksinasiya prosesində iştirak etmək və qaydalara riayət etmək lazımdır. Əks halda isə hədəflərə tezliklə çata bilmərik”.