SOSİUM

09 İyun

Bu dövrdə 12,6 min şəxsə e-qaydada pensiya təyin edilib

Pensiya təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bu istiqamət üzrə ödənilən vəsaitlərin də artımı ilə nəticələnir.

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard  958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən  84,1 mln. manat və ya 4,5% çoxdur.

Qeyd edək ki, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib