Türkiyənin "Pegasus" hava yolu şirkəti 19 iyun 2021-ci il tarixindən etibarən Alanya-Bakı uçuşlarına başlayacaq.
Fins.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Təyyarələr Türkiyə vaxtı ilə saat 00:35-də Alanyadan qalxacaq, Azərbaycan vaxtı ilə saat 04:10-da Bakıya enəcək.
Əks istiqamətdə uçuş isə yerli vaxtlarla saat 05:10-dan 07:05-ə qədər baş tutacaq.
Bundan əvvəl Azərbaycanın ucuz hava yolu şirkəti Buta Airways-in 3 iyul 2021-ci ildən etibarən Bakı-Alanya marşrutu üzrə uçuşlarını bərpa edəcəyi bildirilmişdir.