SOSİUM

08 May

Son sutkada koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 16 810 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, bu günə qədər isə ümumilikdə 3 321 511 test icra olunub.