SOSİUM

08 May

Bazar günü yağış yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Fins.az verilən məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin 10-da güclü xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.