SOSİUM

07 May

Bakıda daha bir yolda piyada keçidi təşkil olunub

Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.Bildirilib ki, ərazininyaxınlığında sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə:

Dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb;

Panduslar inşa edilib;

Piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil olunub.

Bundan başqa, görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.