SOSİUM

03 May

Xalçaçı günü ilə bağlı videokonfrans

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçiriləcək.

Fins.az xəbər verir ki, “Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız” adlı konfransda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın milli sərvəti olan, qədim tarixə və zəngin ənənəyə malik qədim xalçaçılıq sənəti və onun inkişafı istiqamətində görülən işlər barədə çıxış edəcəklər.

Tədbirə qatılan ayrı-ayrı şəhər və rayonların Heydər Əliyev Mərkəzlərinin direktorları regionlarda xalçaçılığın mövcud vəziyyəti barədə məlumat verəcəklər.