SOSİUM

28 Aprel

“Qaçqınkom” Bakıda daha üç yaşayış binası tikəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Qaçqınkom) Bakıda daha üç yaşayış binası tikməyə icazə verib.

Məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək.

Obyektlərin layihəçisi “Kapitel” MMC-dir.

© Report