SOSİUM

27 Aprel

Suraxanıda növbəti küçə asfaltlandı

Suraxanı rayonunun Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində sakinlərin rahatlığı üçün işlər görülür. 

Fins.az xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə ümumi sahəsi 12 000 kv.m olan asfalt örtüyü salınır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, yolların yenidən qurulması sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə də zəmin yaradır.