SOSİUM

14 Aprel

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.