Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 291894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib, aktiv xəstə sayı 32052 nəfərdir.
Ölkədə son sutka ərzində14086, hazırkı dövrədək isə 3054472 test aparılıb.
