SOSİUM

11 Aprel

İşəgötürənlər əlilliyi olan şəxslərin ödənişsiz məzuniyyətinə icazə verməyə bilər? - AÇIQLAMA

Əlilliyi olan işçilər ödənişli məzuniyyətdən sonra ödənişsiz məzuniyyətini tələb edirsə, işəgötürən bunu təmin etməyə borcludur.  

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Əlillik dərəcəsi olan işçilər ödənişli məzuniyyətdən sonra ödənişsiz məzuniyyətə çıxa bilərmi?” sualını cavablandırarkən deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 130-cu maddəsinin C bəndinə əsasən, əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq, əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud  işçilərin bir təqvim ayınadək ödənişli məzuniyyətdən istifadə hüququ vardır:

“Ödənişsiz məzuniyyət isə iki formada - işçilərin müraciəti əsasında və qarşılıqlı razılaşma əsasında müddəti 6 aydan çox olmayaraq həyata keçirilir. Əmək Məcəlləsinin 130-cu maddəsində isə qarşılıqlı razılaşmadan söhbət getmir, işçinin müraciəti əsasında verilir. Qeyd etdiyim kimi, əlilliyi olan şəxslərin il ərzində bir aya qədər ödənişli məzuniyyətdən istifadə etmək hüququ var.

Əgər əlilliyi olan işçi ödənişli məzuniyyətə çıxıb və sonra ödənişsiz məzuniyyətini götürmək istəyirsə, işəgötürən bunu təmin etməyə borcludur. Əgər bu təmin olunmazsa, məzuniyyət hüququnun pozulması deməkdir”.

O qeyd edib ki, bu məzuniyyət əlilliyin dərəcəsindən asılı olmayaraq eyni formada 42 gün təyin olunur.

© Oxu