SOSİUM

02 Aprel

Bakıda daha bir keçə təmir olunub

Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülmüş, müasir küçə dizaynının elemetlərindən istifadə edilmişdir.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılmışdır. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilmiş, cib tipli parklanma yerləri təşkil edilmiş, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilmişdir. 

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılmaqdadır.