SOSİUM

29 Mart

Azərbaycanda Ramazan ayı bu tarixdən başlayacaq

Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.

Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

“Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək”, – Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.