SOSİUM

16 Mart

Hökumət deputatların təkliflərini araşdırıb

Hökumət ötən il deputatlar tərəfindən qaldırılan məsələləri, səsləndirilən təklifləri araşdırıb.

Bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib. 

O bildirib ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi Milli Məclislə hökumət arasında təmasların artmasına şərait yaradır. 

Parlament sədri qeyd edib ki, hökumət araşdırdığı məsələlərlə bağlı Milli Məclisə geniş məlumat verib.