Dövlət Miqrasiya Xidmətinin qərarı ilə Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnaməsi təsdiq edilib.
Regional idarənin fəaliyyət istiqamətləri regionlarda miqrasiya orqanlarının fəaliyyətini əlaqələndirmək; miqrasiya proseslərinin idarə edilməsi, tənzimlənməsinin həyata keçirilməsində iştirak etmək; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin verilməsi işini həyata keçirmək; miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; regionlarda miqrasiya orqanlarına müraciətləri qəbul edir və aidiyyəti üzrə göndərmək; regionlarda miqrasiya qanunvericiliyinə dair hüquqi maarifləndirmə işini həyata keçirmək; aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir.
Regional idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq regionda miqrasiyanın idarə edilməsi sahəsində əlaqələndirmə işinin həyata keçirilməsini təşkil etmək; əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata almaq; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin çap edilməsini həyata keçirmək; regionda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirmək;
işçilərin iş rejimini tənzimləyən növbə cədvəlləri əsasında (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində çalışan işçilərin iş rejimi həmin mərkəzlərin fəaliyyətini tənzimləyən müvafiq Qaydalarla müəyyənləşdirilir) Regional idarənin fasiləsiz (24/7 və ya iş günləri saat 09:00-dan 18:00-dək) olaraq həyata keçirilməsi nəzərdə tutulan vəzifələrinin icrasını təmin etmək; Regional idarənin inzibati, xidməti və yardımçı binalarının mühafizəsini və zəruri olan istiqamətlərdə xidməti fasiləsiz təmin etmək; Xidmət rəhbərliyi ilə razılaşdırmaqla regionda əməkçi miqrantların çalışdığı iş yerlərində planlı və plandankənar yoxlamalar aparmaq, onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırmaq, o cümlədən verilmiş iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət etmək və aşkar edilmiş qanun pozuntusuna görə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək; qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq; Regional idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə, şikayət və sorğulara baxmaq və qanunla nəzərdə tutulmuş müddətdə cavab vermək; regionda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində miqrasiya məsələlərinə dair xidməti təşkil etmək və fəaliyyətinə nəzarəti həyata keçirmək; regionda miqrantların hüquqlarını müdafiə etmək və onların sosial müdafiəsi üçün zəruri şəraitin yaradılması, onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlərin görülməsinə dair təkliflər vermək və bu istiqamətdə tədbirləri əlaqələndirmək; regionda miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarının araşdırılmasında, qanunsuz miqrantların müəyyən edilməsində iştirak etmək və zəruri hallarda miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutmaq; Azərbaycan Respublikasına gəlişi və ya Azərbaycan Respublikasından gedişi məhdudlaşdırılmış və ya barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatları müəyyən edilmiş müddətdə Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək; qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatları Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim etmək; Xidmət rəhbərliyi ilə razılaşdırmaqla miqrasiya sahəsində qanunvericiliyin tələblərinə dair hüquqi maarifləndirmə işini regionda mütəmadi həyata keçirmək; regionda miqrasiya qanunvericiliyinə riayət olunmanın vəziyyəti barədə Xidmət rəhbərliyinə mütəmadi məlumat vermək; Regional idarənin fəaliyyət istiqamətlərinə dair dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək, habelə informasiya təhlükəsizliyini təmin etmək; Regional idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmət rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək vəzifələrini yerinə yetirir.
Regional idarə öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin aparatının struktur bölmələrinə və sisteminə daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək; Regional idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək; Regional idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək; Regional idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək; müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək; vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqlarına malikdir.
Regional idarə öz səlahiyyətlərini onun yurisdiksiyasına aid edilmiş inzibati-ərazi vahidləri üzrə həyata keçirir. Regional idarənin ərazi yurisdiksiyası, strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən müəyyən edilir. İdarəyə Regional idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Regional idarə rəisi rəhbərlik edir. Regional idarənin rəisi regional idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Regional idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Regional idarənin rəisi olmadıqda onun səlahiyyətlərini Regional idarənin rəisinin müavini həyata keçirir. İdarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər. Regional idarə işini fəaliyyət istiqamətləri, habelə Xidmətin və Regional idarənin iş planları əsasında həyata keçirir. Regional idarənin işinin təşkili məsələlərinin həlli, onların fəaliyyətinin əlaqələndirilməsi və təhlili, habelə onların fəaliyyətinə nəzarət Xidmətin aparatının aidiyyəti struktur bölməsi tərəfindən həyata keçirilir. İdarələrin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət Xidmətin aparatının aidiyyəti struktur bölməsi tərəfindən həyata keçirilir. Regional idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Regional idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.