“Bəzən vətəndaşlar təqaüd adı altında pensiyanı da nəzərdə tuturlar. Əslində pensiya sosial sığorta ödənişidir”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
O bildirib ki, təqaüd və müavinətlər dövlət tərəfindən müəyyən təbəqəyə verilən ödənişdir: “Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə verilən yardımdır”.