2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 12,02 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Fins.az-ın bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda 0,4 faiz azalıb.
Əhalinin adambaşına düşən ÜDM 1201,6 manata bərabər olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.