Ombudsman ünvanlı sosial yardım təyin edilərkən kreditin nəzərə alınmamasını təklif edib.
Fins.az-ın verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, beşdən çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər edilməsi təklif edilir.