SOSİUM

01 Mart

Füzuli Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq

Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə  60 metr olacaq. 

Bu barədə işğaldan azad edilmiş Füzuli rayanunda səfərdə olan gürcü jurnalistlərə məlumat verilərkən bildirilib. 

Füzuli aeroportun tikiləcəyi ərazidə hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbi çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Tikinti işlərinin planlaşdırılan zamanda başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.