Metronun açılması artıq qaçılmazdır. Metronun uzun müddət bağlı qalması ictmai nəqliyyatda gərginlik yaradır.
Bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, metro işləmədiyinə görə, şəxsi minik avtomobillərindən, taksilərdən istifadə də maksimum səviyyəyə qalxıb, bu da yollarda tıxacı daha da artırır:
“Metronun işi sərnişin avtobuslarının üzərinə düşüb, ona görə də marşrutlarda sıxlıq yaranıb. Əgər metro fəaliyyətə başlasa, avtobusların da yükü azalacaq”.
© Trend