2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında 7 312 iş olub.
Fins.az-ın xəbərinə görə, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
O qeyd edib ki, icraatında olan 5 485 işin baxılması yekunlaşıb: “Ötən illərlə müqayisədə ləğv olunan qərarlarda artım müşahidə olunur. 2019-cu ildə 18,9 faiz qərar ləğv olunubsa, 2020-ci ildə bu rəqəm 21,3 faiz təşkil edib. Ən çox ləğv olunan qərarlar vərəsəlik işləri ilə bağlıdır. Bu il ləğv olunan işlərin 32-si vərəsəliklə bağlı məsələni əhatə edir”.
© APA