Bakı, 27 noyabr Fins.az
Azərbaycanda koronavirusa (COVID-19) 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 35 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 38591 nəfərdir.
Ölkədə son sutka ərzində 16402, hazırkı dövrədək isə 1682234 test aparılıb.
Ümumi ölənlərin sayı 1291 nəfərdir.
Ümumi yoluxanların sayı 109813 nəfər, ümumi sağalanların sayı 69931 nəfərdir.