SOSİUM

26 Noyabr

Azərbaycanda ümumilikdə 106101 nəfər COVID-19-a yoluxub, 1256 nəfər vəfat edib

Bakı, 26 noyabr Fins.az  

Azərbaycanda indiyədək ümumilikdə 106101 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fins.az-a verilən məlumata görə, onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib, aktiv xəstə sayı 36273 nəfərdir.