SOSİUM

26 Noyabr

Avtomobil nəqliyyatı sahəsində 4 qurumun səlahiyyətləri müəyyənləşdirilir

Bakı, 26 noyabr Fins.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, habelə aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyindəki Sumqayıt Nəqliyyat və Gəncə Nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin qanun çərçivəsində səlahiyyətləri müəyyənləşdirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının təhlükəsizliyinə, habelə daşınmalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, habelə aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyindəki Sumqayıt Nəqliyyat və Gəncə Nəqliyyat məhdud məsuliyyətli cəmiyyətləri həyata keçirilər.

Belə ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, brynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsi riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində, “Sumqayıt Nəqliyyat” və “Gəncə Nəqliyyat” Məhdud məsuliyyətli cəmiyyətləri isə müvafiq olaraq Sumqayıt və Gəncə şəhərlərinin inzibati idarəsində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarəti həyata keçirirlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.