Bakı, 25 noyabr Fins.az
Bu gün Bakı şəhərində əksər çoxmərtəbəli, eləcə də SSRİ dövründə tikilən binaların parkinqi ya yoxdur, ya da tələbatı ödəmir.
Bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, bununla bağlı BNA tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq təkliflər göndərilib: "Məsələn, "bir evə – bir avtomobil" prinsipi. Təbii ki, bu tip hündür binaların alt hisslərini qeyri-yaşayış obyektləri tutur ki, onların da öz hesablaması var. Məsələn, kinoteatrlarda hər 10 oturacaq üçün bir nəqliyyat vasitəsi hesablanır. Bütün bunlar araşdırılıb və artıq təkliflər göndərilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə daha ciddi yanaşır. Biz onlarla sıx işləyirik".