SOSİUM

25 Noyabr

BNA: Şəhər daxilində yeraltı və yerüstü piyada keçidlərinin təşkilinin əleyhinəyik

Bakı, 25 noyabr Fins.az

Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib.

Bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməmə çalışırıq".