SOSİUM

24 Noyabr

SN: Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən  bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln. manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.