Bakı, 23 noyabr Fins.az
DİN Mətbuat xidmətindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:
:white_check_mark:“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər.
:black_small_square:Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır”.
:black_small_square:Qeyd edək ki, ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.