SOSİUM

23 Noyabr

Bakıda sürücülərə xəbərdarlıq edildi

Bakı, 23 noyabr Fins.az 

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

BNA-dan verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.