SOSİUM

17 Noyabr

Azərbaycanda bu il qeydə alınan nikah və boşanmaların SAYI AÇIQLANDI

Bakı, 17 noyabr Fins.az 

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 312 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, qeydə alınmış boşanma hallarının sayı isə 11 089 olub.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.