SOSİUM

08 Sentyabr

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılır – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Fins.az-a bildirilib ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.