SOSİUM

04 Sentyabr

Metro açılır? - RƏSMİ AÇIQLAMA

Taksilərdə vahid tarif sisteminə keçilmək istənməsi bu sektorda da qiymətlərin artmasına səbəb ola bilər. 
 
Bunu ekspertlərin proqnozları deməyə əsas verir. Həmçinin əldə olunan məlumata görə, sentyabrın 13 və ya 14-ü metronun açılması da nəzərdə tutulur. 
 
Fins.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qiymət artımı məsələsinin gündəmdə olmadığını deyir
 
Bəxtiyar Məmmədov - “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri: 

“Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. “Bakı Metropoliteni” QSC tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil”. 
 
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev də sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.