ABŞ-da Kaliforniya ştatının Mohave səhrasının Ölüm Vadisi adlanan ərazisində yeni temperatur rekordu qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilib ki, 54,4 dərəcəyə çatan rekord temperatur bazar günü müşahidə edilib: "Məlumat təsdiqlənərsə, bu rəqəm 1913-cü ildən bəri ABŞ üçün, eləcə də dünyada indiyə qədər qeydə alınan ən yüksək temperatur olacaq“.
Alimlər bu hadisəni Yer atmosferində istixana qazlarının artması ilə izah edirlər.