2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 3,5 faizi peşə, elmi və texniki fəaliyyətə sərf olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi vəsaitin hər birində 1,3 faiz olmaqla informasiya və rabitə, təhsil sahələrinə xərclənib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.