SOSİUM

07 Avqust

Nazir: Pensiyaçılarımızın yaşayış minimumundan artıq pensiya almasını hədəfləyirik

"Azərbaycanda pensiyaçılarımızın yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik".

Fins.az-ın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu da birbaşa əməhaqqı bazarından asılıdır: "Əmək haqqları tam leqallaşmalıdır. Onlardan toplanan sosial sığorta haqlarını, vətəndaşlarımıza pensiya olaraq ödəməliyik".