"Birdəfəlik ödəmə alacaq şəxslərin siyahısına düşmürəm deyən, amma özünü aztəminatlı hesab edən şəxslər üçün ikinci proqram təklif olunur".
Fins.az-ın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, həmin şəxlərə ictimai işlər təklif olunur: "İctimai iş yalnız süpürmək, silmək deyil. Siyahıda başqa iş təklifləri də var. İctimai işlərdə işləyənlərin də əməkhaqqısı aylıq minumum orta əmək haqqından az olmur".