SOSİUM

06 Avqust

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olundu

Avqustun 5-dən “DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa edilib.

Fins.az xəbər verir ki, mərkəzlər saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olub.

İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Müraciət edən vətəndaşların ümumi sayı 1718 nəfər olub.

Qeyd edək ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən “DOST” mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri yalnız e-poçt və “Çağrı Mərkəzi 142” vasitəsilə qəbul edilirdi.