Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Bundan əlavə ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt karantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Sərt karantin rejimi uzadılarsa insanlara növbəti dəfə də 190 manat birdəfəlik müavinət verilə bilərmi?
Bunu deputat Aydın Mirzəzadə bildirib ki, Operativ Qərargah öz işini yaxşı bilir:
"Mövcud vəziyyət və təhlükənin miqyası analiz edilərək düzgün qərar veriləcək. Bu gün koronavirusa yoluxanların sayını maksimum azaltmağa çalışmaq lazımdır. Ona görə də avqustun 5-də vəziyyətə baxılaraq qərar qəbul edilə bilər. Vaxtından əvvəl karantin rejiminin yumşaldılması yoluxmanın sayını yenidən artıra bilər. Bu baxımdan dözərək yoluxanların sayını minumuma endirib, tədricən yumşalmağa getmək olar.
Bununla belə hesab edirəm işsizlərin, iş yerini müvəqqəti itirənlərin sosial təminatı Operativ Qərargahın diqqətində olmalıdır. Bu barədə daha çox insanları əhatə edən yardımlar edilməldir. Çünki insanlar məhdudiyyətlərə riyaət edirlər, evdə qalırlar. Bu baxımdan əmək bazarını nəzərdə keçirərək işsiz qalan və köməyə ehtiyacı olan insanların sayını dəqiqləşdirib dövlət tərəfindən yardımlar edilməsi mexanizmini bir qədər də uzatmaq olar. Hesab edirəm ki, atılan addımlar sayəsində payıza qədər müsbət nəticə əldə etməyə kömək edəcək".
Sonxeber.az