SOSİUM

26 İyul

Bakı Nəqliyyat Agentliyindən orduya dəstək-VİDEO

Bakı Nəqliyyat Agentliyi Ordu ilə xalq biriliyinə tövfə vermək məqsədi ilə “Hər şey vətən üçün” aksiyasına başlayıb. Aksiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilir. 

BNA-dan “MediaPost”a verilən məlumata görə, aksiya çərçivəsində işlənmiş və istifadəyə yararsız təkərlər toplanaraq cəbhə bölgəsinə yola salınır. Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. 

Məlumat üçün bildirək ki, ilk avtomobil karvanı iyulun 17-də göndərilib. 16 yük avtomobili ilə 7000-ə yaxın təkər yola salınıb. İyulun 25-də isə 15 yük avtomobili ilə 5600-dən artıq təkər yola salınıb. 

Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyi (BNA) “Baku Bus” MMC –nin istehsalat bazasında olan işlənmiş təkərlər, eyni zamanda digər daşıyıcıların istehsalat bazasında olan işlənmiş təkərlər toplanaraq, cəbhə bölgəsinə yola salınıb. 

Qeyd edək ki, proses davamlı olaraq həyata keçiriləcək. Aksiyaya bundan sonra da qoşulmaq istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.