SOSİUM

25 İyul

Bakının 3 rayonunun bəzi ərzilərində su olmayacaq

Şirvan və  Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq. 
Fins.az xəbər verir ki bu barədə "Azərsu"Açıq səhmdar cəmiyyəti məlumat yayımlayıb
Məlumata görə sözügedən ərazilərə suyun verilməsində məhdudiyyətlərin tətbuq edilməsinin səbəbi Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılmağıdır.
“Azərsu” ASC yaranmış məhdudiyyətlərlə bağlı abonentlərdən üzr istəyir.

Müəllif:Aynur Qəniyeva