“Hər bir şagirddən sağlamlıq haqda bəyannamə tələb olunur. Orada son 15 gün ərzində şagirdin özündə və ya ailəsində virusa yoluxma faktları olub ya olmayıb kimi fikrlər yer alır. Əgər şagird virusa yoluxub sağalırsa, yenidən imtahan verə bilər”.
Fins.az xəbər verir ki, bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə Operativ Qərargahın birifiqində açıqladı. O, qeyd etdi ki, DİM bu cür şagirdlərə şərait yaradacaq:
“Bununla bağlı DİM-ə çox müraciət olub. İmtahanda üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün də şərait yaradırıq”.