SOSİUM

15 İyul

Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda 96,3 milyon ton yük daşınıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

Hesabat dövründə ölkədə sərnişin daşınması isə 28,7% azalaraq 690 milyon nəfərə düşüb.