SOSİUM

11 İyul

Qlobal istiləşmə sürətlənib

BMT-nin Dünya Meteorologiya Təşkilatı görülən tədbirlərə rəğmən qlobal istiləşmənin sürətləndiyini bəyan edib. Təşkilat qlobal istiləşmənin qarşıdakı on ildə kritik həddə çatacağı qənaətindədir. Proqnoza görə, 2024-cü ilədək qlobal orta temperatur sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə azı 1 dərəcə yuxarı olacaq.

Xatırladaq ki, dünya ölkələri 2015-ci ildə Paris İqlim Konfransında 2060-cı ilədək qlobal orta temperaturun sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə 1,5 dərəcədən yuxarı qalxmamasına dair tədbirlər görməyi öhdələrinə götürmüşdülər. Məlumatı BBC yayıb