Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür.
Fins.az xəbər verir ki, xəbər portalının 7 yaşı tamam olur.
Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.
24 saat fəaliyyət göstərən Oxu.Az Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.
Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.