Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb.
TƏBİB-dən bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır: ”Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin".
(c)APA