Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünə məxsus binanın söküntüsünə başlanılıb.
Fins.az-ın məlumatına görə, postun sökülməsi barədə foto yayılıb.
Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdirilir.
Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa edilir və təzə avadanlıqlar quraşdırılacaq.