Cari ilin yanvar-mart aylarında ilkin məlumatlara əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 690 doğulan körpə qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,6 təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.